Kütləvi həbslərin ikinci dalğası başlayır - Türkiyə şokda

25 Dekabr 2013 15:59 (UTC+04:00)
Türkiyədə korrupsiya və rüşvət əməliyyatında ikinci dalğa başlayır.


AzNews.az Türkiyənin "Radikal" qəzetinə istinadən xəbər verir ki, ikinci dalğa əməliyyatının da çirkli pul və korrupsiya iddiaları əsasında başladılacağı bildirilir.

Artıq istintaq əməliyyat təlimatının Əmniyyət çatdırıldığı xəbər verilir.

İstintaqı isə Ergenekonun istintaqını aparan TMK Prokuroru Muammer Akkaşın icra etdiyi bildirilir. İddiaya görə qarşıdakı saatlarda əməliyyat başlayacaq. İctimaiyyətin yaxından tanıdığı adlara qarşı aparılacaq əməliyyatların fərqli icra ediləcəyi qeyd edilir. Polisin necə hərəkət edəcəyi hamını maraqlandırır.

Xatırladaq ki, ötən həftə də İstanbul Kəşfiyyat Şöbə müdiri Əhməd Arıbaş şübhəli qismində ifadəyə çağırılmışdı, ancaq Təhlükəsizlik İdarəsi Arıbaşı ifadəyə verməyə göndərməmişdi.

Elman
AzNews.az