İctimai Palata buraxılmadı

25 Dekabr 2013 17:15 (UTC+04:00)
Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclasda əvvəlcədən nəzərdə tutulduğu kimi qurumun fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr aparılsa da, İP-in fəaliyyətinə xitam verilmədi.

Toplantıda qərara alındı ki, qurumun fəaliyyəti və ümumiyyətlə bununla bağlı müzakirələr davam etdirilsin.

Elnur
AzNews.az