Yazıçı xanımın meyidi ekspertizaya göndərildi

25 Dekabr 2013 17:17 (UTC+04:00)

Baş Prokurorluq dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Əzizovanın yaşadığı mənzildə meyitinin aşkar olunması ilə bağlı AzNews.az-ın sorğusunu cavablandırıb.

Prokurorluğun məlumatına görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir: " Meyitin xarici müayinəsi zamanı onun üzərində hər-hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib".

Bahar
AzNews.az