Ərdoğan-Gül görüşü başlayır: yeni hökumət bəlli olacaq

25 Dekabr 2013 18:09 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan saat 19:00-da ölkə prezidenti Abdullah Güllə görüşəcək.

Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, görüşdə baş nazir yeni hökumətin siyahısını təsdiqləməsi üçün prezidentə təqdim edəcək.

Qeyd edək ki, Ərdoğanın yeni hökumətdə 10-a qədər naziri dəyişdirəcəyi bildirilir.


AzNews.az