“Müsəlman qardaşları“ terrorçu qruplaşma adlandırıldı

25 Dekabr 2013 19:46 (UTC+04:00)


AzNews.az RİA Novosti - yə əsaslanaraq bildirir ki, Misirin nazirlər Kabineti rəsmi olaraq "Müsəlman qardaşları" birliyini terrorçu qruplaşma adlandırıb.

Misirin Bas naziri Xazem əl - Bebləvi "Müsəlman qardaşları"nı Qahirədən 120 kilometr aralı yerləşən Əl - Mənsur şəhərindəki polis şöbəsində törədilən terror aktına görə günahlandırıb. Qruplaşma bu terror aktını öz üzərinə götürmüşdü.
Misirin xüsusi xidmət orqanlarının yaydığı məlumata görə kamikadzenin idarə etdiyi maşın partladılmışdı. Son məlumatlara görə terakt nəticəsində 15 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Əli
AzNews.az