Qubernator Putindən qisas aldı
26 Dekabr 2013 08:39 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu Roman Putin işdən çıxarılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, R.Putin Novosibirski vilayətinin qubernatorunun müşaviri olub. Ancaq qubernator Vasili Yurçenko onun vəzifədən azad edilməsi barədə sərəncam verib.
Halbuki prezidentin əmisi oğlunu 1 il əvvəl məhz qubernator özü işə dəvət edib. Ancaq daha sonra qubernatorla Roman Putin arasında anlaşılmazlıq yaranıb. Nəticədə prezidentin əmisi oğlu işdən uzaqlaşdırılıb.
Ancaq R.Putin bunu Vladimir Putindən qisas almaq cəhdi kimi dəyərləndirib.
Elnur
AzNews.az