Kadırovun iti tapıldı

26 Dekabr 2013 09:01 (UTC+04:00)
Çeçenistan prezidenti Ramzan Kadırovun ötən gün yoxa çıxmış iti tapılıb.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, sosial şəbəkədə çeçen lideri, "Tarzan" adlı itinin paytaxt Qroznudan götürülərək və Urus Martan şəhərinə gətirildiyi haqda ona məlumat verildiyini yazıb. R.Kadırov əlavə edib ki, onun iti başqa itlə dəyişdirilib və sonra İnquşetiyaya aparılıb.

O, İnquşetiyada tapılan itinə yaxın vaxtlarda qovuşacağını da deyib və axtarışda iştirak edən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, ötən gün Rusiya mediası yazıb ki, Çeçenistanın rəhbəri Ramazan Kadırov Tarzan adlı sevimli qafqaz ovçarka itini axtarır. O bu barədə sosial şəbəkələrindən birində məlumat yayıb.
"Biz hamımız ona çox öyrəşmişdik.

Tarzan bizim hamımızı sevirdi, heç vaxt səbəbsiz aralanmazdı, heç vaxt səbəbsiz problem yaratmayıb. Çox təəssüf ki, naməlum şəraitdə o Qroznıda rezidensiyanı tərk edib", - deyə Kadırov yazıb.

Respublika rəhbəri qeyd edib ki, iti tapıb ona qaytaran şəxs mükafat alacaq.

Tural Mustafayev
AzNews.az