Ərdoğanı istefaya çağıran nazirlə bağlı ilginc AÇIQLAMA

26 Dekabr 2013 09:42 (UTC+04:00)

Türkiyədə rüşvət qalmaqalında adı hallandığına görə özü istefa verərək baş nazir Rəcəb Tayyib Ərdoğanı da istefaya çağıran keçmiş Ətraf mühit və şəhərsalma naziri Erdoğan Bayraktarla bağlı ilginc məlumatlar yayılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir yeni kabinetin tərkibini açıqladığı zaman nazirin istefa vermədiyi, əksinə vəzifədən azad edildiyi ortaya çıxıb. Belə ki, anzirin Konstitusiyanın 109-cu maddəsinə uyğun olaraq baş nazir tərəfindən vəzifədən azad edildiyi açıqlanıb.

Rəsmi qəzetlərdə yayılan məlumatlara əsasən, baş nazir Ərdoğan Ətraf mühit və şəhərsalma naziri Erdoğan Bayraktarla əlaqədar prezidentə yazdığı təqdimatda onun Konstitusiyanın 109-cu maddəsinə əsasən vəzifədən azad edilməsini məqbul hesab edib.

Prezident Abdullah Gülün təsdiq yazısında isə "Erdoğan Bayraktar baş nazirin təklifi ilə nazir vəzifəsindən azad edildi" deyə bildirilib.

Elnarə
AzNews.az