Dağıstan prezidenti Azərbaycanda səfərdədir

26 Dekabr 2013 10:37 (UTC+04:00)
Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycandakı rus icmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Səfər çərçivəsində R.Abdulatipovun Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi və Azərbaycan-Dağıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə etməsi gözlənilir.(apa)