Yağış yağacaq- Proqnoz

26 Dekabr 2013 10:54 (UTC+04:00)
Yaxın günlərdə Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək. Lakin sabah ölkənin bəzi yerlərində hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Dekabrın 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

AzNews.az