İlham Əliyev avtomobil yolunun açılışında- FOTO

26 Dekabr 2013 11:53 (UTC+04:00)
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxıb.

Prezident İlham Əliyev yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir.

Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılıb.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

AzNews.az