Dövlət qulluğuna qəbulda yeniliklər olacaq

26 Dekabr 2013 12:06 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il üçün fəaliyyət planı artıq qəbul edilib.

Plana əsasən, növbəti il Azərbaycanda dövlət qulluğuna qəbulda bir sıra yeniliklər tətbiq ediləcək. Bu barədə Trend-ə açıqlamasında Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov bildirib.

Onun sözlərinə görə, hələlik nəzərdə tutulan yeniliklərlə bağlı ciddi hazırlıq işləri aparılır. Yeniliklər əsasən dövlət qulluğuna qəbul prosesində, o cümlədən Komissiyanın fəaliyyətində şəffaflığın təmin edilməsinə yönəlib.

V.Hüseynov hazırda dövlət qulluğuna qəbul olunmaq istəyənlərin sayını da açıqlayıb:

"Hazırda 6607 namizəd test imtahanı mərhələsində qeydiyyatdan keçib. Bu günədək 5-ci təsnifat üzrə test imtahanları yekunlaşıb, 6-cı və 7-ci təsnifatlar üzrə isə test imtahanları davam edir. Qeydiyyatdan keçmiş namizədlərdən 25-30%-nin uğur qazanacağı və müsahibə mərhələsinə buraxılacağı gözlənilir. Gələn il ərzində dövlət qulluğuna imtahan və müsabiqələr dövlət qurumlarındakı vakansiyaların sayına müvafiq olaraq təşkil ediləcək".

AzNews.az