Keçmiş nazir ağladı

26 Dekabr 2013 14:36 (UTC+04:00)

Türkiyədə keçirilən rüşvət əməliyyatına görə istefa verməyə məcbur qalan İqtisadiyyat naziri Zəfər Çağlayan təhvil-təslim prosesində ağlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəzifədə olduğu müddətdə ailəsinə çox vaxt ayıra bilməyən nazir göz yaşlarını saxlaya bilməyib.

Keçmiş nazir deyib ki, əməliyyatdan yarım saat sonra istefa vermək istədiyini və çox keçmədən bütün qaranlıq məqamların aşkarlanacağını bildirib.

Elnarə
AzNews.az