Nazirliyin binası qarşısında piket keçirilir
26 Dekabr 2013 14:57 (UTC+04:00)
Ukrayna DİN-in binası qarşısında bir neçə yüz nəfər daxili işlər naziri Vitali Zaxarçenkonun istefası, jurnalist və ictimai fəal Tatyana Çornovolu döyənlərin, bütün Ukraynada keçirilən mitinqlərin iştirakçılarına qarşı hücumlarda, eləcə də noyabrın 30-da paytaxtdakı "Avromaydan"da mitinqin dağıdılmasında əli olanların dərhal məsuliyyətə cəlb olunması tələbi ilə piket keçirir.
Bu barədə UNİAN xəbər yayıb.
DİN-in binası nazirliyin həyətində yerləşdirilmiş "Berkut" xüsusi bölmələrinin döyüşçüləri tərəfindən qorunur. Nazirliyin ərazisinə giriş içərisində qum olan yük maşınları ilə bağlanıb, əsas giriş isə içəridən bağlıdır.(trend)