“Azərbaycanın razılığı olmadan heç bir iri layihə həyata keçirilmir“- Ramiz Mehdiyev

26 Dekabr 2013 15:16 (UTC+04:00)


Azərbaycana qısa müddət ərzində böyük nailiyyətlər qazandıran Prezident İlham Əliyevin fəaliyyəti xaricdə də böyük maraqla izlənilir.


Axar.Az xəbər verir ki, bunu Ukraynanın "Şəxsiyyətlər" jurnalının Prezident İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O bildirib ki, Azərbaycanın keçid dövründə əldə etdiyi iqtisadi inkişaf, çoxsaylı nailiyyətlər yeni müstəqillik qazanan dövlətlər üçün bir nümunədir:

"Bu gün Azərbaycan dünya siyasi arenasında öz layiqli yerini tutub. Cənubi Qafqaz regionunun lideri kimi çıxışı kimi edən Azərbaycanın razılığı olmadan regionda heç bir iri layihə həyata keçirilmir. Prezident İlham Əliyevin şəxsi istedadı və bacarığı sayəsində bu gün Azərbaycan dünyanın ən surətlə inkişaf edən ölkələri sırasındadır.

Prezident İlham Əliyevin fəaliyyəti artıq Azərbaycanın hüdudlarını aşıb. Qərblə Şərq arasında körpü rolunu oynayan ölkəmiz, hazırda bir sıra iri böyük layihələrin əsas iştirakçılarından biridir. Bütün bunlar isə Azərbaycanın qarşısında yeni parlaq səhifələr açır.

Bu gün heç kim şübhə etmir ki, müasir Azərbaycan dünya dövlətləri tərəfindən tanınan, hesablaşılan nüfuzlu dövlətlərdən birinə çevrilib. Hakimiyyətdə olduğu müddətdə Prezident İlham Əliyev Azərbaycan xalqının böyük hörmət və ehtiramını qazanıb, bunun nəticəsidir ki, o, prezident seçkilərində böyük fərqlə qalib gələrək növbəti dəfə Azərbaycanın prezidenti seçildi".

"Şəxsiyyələr" jurnalının növbəti xüsusi buraxılışının Prezident İlham Əliyevə həsr olunması yüksək qiymətləndirən Ramiz Mehdiyev, əminliklə bildirib ki, bu nəşr Ukrayna ictimaiyyətinin Prezient İlham Əliyevin həyat və fəaliyyəti haqqında daha geniş məlumat almasına kömək edəcək.

AzNews.az