ATƏT PA prezidenti Azərbaycana səfər edəcək

26 Dekabr 2013 16:35 (UTC+04:00)
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç Azərbaycana səfərə dəvət olunub.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən rəsmi dəvət bu payız olub və dəvət qarşı tərəfdən qəbul olunub: "Səfərin tarixi isə yaxın vaxtlarda dəqiqləşəcək".

AzNews.az