Əsədin təyyarəsi vuruldu

14 Avqust 2012 15:46 (UTC+04:00)


Əsəd hökuməti müxalifətlə yerüstü mübarizəni aviasiya ilə davam etdirmək qərarına gəlib. AzNews.az washingtonpost.com saytına istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri Rusiya istehsalı olan MİQ-23 təyyarələrini mülki əhali və silahlı müxalifətə qarşı yönəldib.

Müxalifət iddia edir ki, hətta onlar bir MİQ-23 döyüş təyyarəsini vurmağa müvəffəq olublar. Təyyarənin pilotunu isə ələ keçiriblər. Suriya hökuməti isə gecikmədən faktı təkzib edib və bildirib ki, "təyyarə vurulmayıb, sadəcə texniki səbəblərdən qəzaya uğrayıb".


Qeyd edək ki, fakt təsdiqini taparsa, bu Suriya müxalifətinin hərbi üstünlük qazandığı anlamına gələcək və sübut etmiş olacaq ki, müxalifətdə xaricdən kifayət qədər hərbi yardım alır.


Sadiq

AzNews.az