ATV binasından çıxarılır

26 Dekabr 2013 19:23 (UTC+04:00)
"Yaxın vaxtlarda "Azad Azərbaycan" Teleradio Şirkəti (ATV) hazırda fəaliyyət göstərdiyi binadan çıxarılacaq", - bunu Publika.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, sözügedən binanın boşaldılması üçün ATV-nin rəhbərliyinə də müraciət edilib: "Amma dəqiq nə zaman binanın boşaldılacağını deyə bilmərəm. Biz kanal rəhbrliyi binanın boşaldılması barədə danışmışıq".

"Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu açıqlamasında bu barədə onlara rəsmi məktubun daxil olmadığını deyib:"Televiziyanın binasının boşaldılması ilə əlaqədar olaraq bizə AMEA-dan hər hansı müraciət daxil olmayıb. Yalnız rəsmi məktub daxil olduqdan sonra, onun əsasında cavab verə bilərik".

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən və hazırda ATV-nin fəaliyyət göstərdiyi bina AMEA-nın balansındadır.


AzNews.az