“Müsəlman qardaşları”na qarşı sərt sanksiyalar başladı

26 Dekabr 2013 19:55 (UTC+04:00)
Misirdə "Müsəlman qardaşları"nın həbsinə başlanılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Misir baş prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinə "Müsəlman qardaşları"nın 7 üzvünü həbs etməyi tapşırıb. Onlar terror təşkilatına daxil olmaqda təqsirləndirilir. Saxlanılmış islamçılar assosasiyanın ilk nümayəndələri olub.

Misir hökumətinin bəyanatlarına əsaslanaraq, Misirin daxilində və xaricində islam təşkilatının istənilən fəaliyyəti qanunsuz hesab edilir. Həmçinin, "qardaşlığ"a üzv olmağın özü də qadağan edilib.

Misirin sosial həmrəylik naziri Əhməd Barinin sözlərinə görə, əgər "Müsəlman qardaşları" bu qərarlarla barışmasa, onlara qarşı "terrorizmlə mübarizə" qanunun maddələri" tətbiq ediləcək.


AzNews.az