Kalaşnikovla vidalaşdılar

26 Dekabr 2013 23:20 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, İjevskdə silahçı Kalaşnikovla vidalaşma prosesi başa çatıb. Yerlilərinin vida mərasimi Svyato - Mixaylovski saborunda baş tutub.

25 dekabrdan başlayan vida mərasiminə 60 minə yaxın adam gəlib. Onlardan çoxu sabora belə daxil ola bilməyib. Onlar mərasimi həyətdə quraşdırılmış manitordan izləyiblər.

Mərhumla vidalaşmağa müdafiə - sənaye kompleksinə nəzarət üzrə Baş nazirin müavini Dmitri Raqozin gəlib.

Vətənində vəsiyyətinə görə vidalaşmaga gətirilən Kalaşnikovun nəşi xüsusi təyyarə ilə Moskvaya aparılacaq. Dəfn mərasimi 27 dekabrda Mıtişidə hərbi - memorial kompleksdə olacaq.

Mixail Kalaşnikov bütöv bir atıcı silahlar ailəsinin yaradıcısı olub. 1947 - ci ildə bütün dünyada məşhur olan AK - 47 avtomat silahını quraşdırıb. 60 il ərzində dünya üzrə bu silahın müxtəlif modifikasiyalarından 70 milyon ədəd buraxılıb.

Kalaşnikov 23 dekabrda ömrünün 95 - ci ilində İjevskdəki xəstəxanalardan birində, reanimasiyada vəfat edib.

Əli
AzNews.az