Ağcabədidə hamam yandı

27 Dekabr 2013 08:11 (UTC+04:00)
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 490 kv.m olan hamamda baş verib.

Nəticədə hamamın 1 otağının yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az