Bakıda evdə yandı: yaralı var

27 Dekabr 2013 08:37 (UTC+04:00)
Bakıda evdə yanğın olub, bir nəfər xəsarət alıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

AzNews.az