“Şahzadə” yenə həbsdə; “qanuni oğru” rekord qazandı

27 Dekabr 2013 09:09 (UTC+04:00)

43 yaşlı "qanuni oğru" Paata Çxartişvili Ukraynada saxlanılıb.


AzNews.az Rusiya mətbutına istinadən xəbər verir ki, "Şahzadə" ləqəbi ilə tanınan Paata Çxartişvilinin üzərindən tapança və narkotik maddə götürülüb.

Məlumatlara görə, "Şahzadə" Ukraynada hüquq-mühafizə orqanları tərəfindən sxlanmasına görə rekord qazanıb.

Belə ki, o, son 4 ilin yarısını həbsdə keçirib. Bu müddət ərzində o, düz 4 dəfə həbs olunub.

1990-cı ildə "taclandırılan" "qanuni oğru" Gürcüstan və Rusiyada bır sıra ağır cinayətlər törətməkdə ittiham edilir.

Sonuncu dəfə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunan "Şahzadə" həbsxanadan çıxandan qısa müddət sonra yenidən saxlanılıb.

Elnur
AzNews.az