Pornoqrafik filmlər çəkən 30 hərbçi cəzalandı – Türkiyədə

27 Dekabr 2013 11:03 (UTC+04:00)
Türkiyədə 30-a yaxın yüksək rütbəli hərbçi Silahlı Qüvvələrdən kənarlaşdırılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silahlı Qüvvələrdən kənarlaşdırılan hərbçilərlə bağlı qərar yanvarın 2-dək açıqlanacaq.

Hərbçilərin Silahlı Qüvvələrdən kənarlaşdırılmasına səbəb onların nizam-intizama riayət etməməsi göstərilir.

İndiyə qədər "nizam-intizama riayət edilməməsi" maddəsinə əsasən ordudan kənarlaşdırılan hərbçilərlə bağlı aparılan araşdırmalarda "pornoqrafik filmlər çəkmək, əxlaqsız əlaqələr yaratmaq" kimi ifadələr yer alıb.

Elnur
AzNews.az