Ebru Gündeş 300 minlik hədiyyəni geri qaytardı

27 Dekabr 2013 11:29 (UTC+04:00)
Rüşvətdə günahlandırılan azərbaycanlı iş adamı Rza Zərrabın xanımı, müğənni Ebru Gündeş yeni ili qeyd etmək niyyətində deyil.

AzNews.az xəbər verir ki, müğənni ərinə yüksək qiymətə aldığı hədiyyə də daxil olmalqa ümumilikdə 300 min lirəlik hədiyyəni geri qaytarıb.

Sürücüsü ilə hədiyyələri bir-bir mağazalara geri yollayan müğənni hətta dostlarına və ehtiyacı olanlara veriləcək hədiyyələri də saxlamayıb. Bunu isə bayramı qeyd edəcək əhval-ruhiyyədə olmaması ilə əlaqələndirib.

Elnur
AzNews.az