Konstitusiya Məhkəməsi sədrinin və Ombudsmanın maaşı artırıldı

27 Dekabr 2013 11:46 (UTC+04:00)

Milli Məclis "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Konstitusiya məhkəməsi haqqında" qanunlara dəyişikliklər edib.

AzNews.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki,
"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunun 16.1-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılıb. Ombusdmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək.

"Konstitusiya məhkəməsi haqqında" qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılıb. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına müvafiq olaraq təsir edir.

AzNews.az