Ticarət Mərkəzindən 39 min manat oğurlandı

27 Dekabr 2013 11:53 (UTC+04:00)
Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərinin birinin beşinci mərtəbəsində yerləşən Çin vətəndaşlarına məxsus dərman şirkətinin baş ofisində oğurluq olub.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, seyfdən 39 min manat pul oğurlanıb.

Görülən zəruri tədbirlər nəticəsində oğurluğu törədən həmin şirkətin əməkdaşı, Xırdalan sakini Ziya Manafov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural
AzNews.az