Məşhur oteldən evlənmək istəyənlərə maraqlı təklif

27 Dekabr 2013 12:35 (UTC+04:00)

Şotlandiyada otellər zəncirinə malik "Thistle Hotels" şirkəti katoliklərin yeni ili qeyd etdiyi gün evlənəcək cütlüyün bütün xərcini öz üzərinə götürüb.

Ancaq şirkət bunun üçün şərt irəli sürüb. Şərtə əsasən cütlüyün toy mərasimi sosial şəbəkədə yayınlanmalıdır.

Bunun üçün "Thistle Hotels"müsabiqə elan edib. Müsabiqəyə qatılan cütlüklərdən ancaq biri qalib kimi seçiləcək.

Şirkət seçiləcək cütülüyün 50 nəfərlik toy mərasiminin bütün xərclərini çəkəcək.

Toy günü isə bəy və gəlin baş verənləri Twitter, Facebook və Instagram-da yazmalıdır.

Elnur
AzNews.az