Əmək Məcəlləsini pozanların cəzası sərtləşdi

27 Dekabr 2013 13:03 (UTC+04:00)

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik nəticəsində Əmək Məcəlləsinin tələblərini pozanlar məsuliyyətə cəlb ediləcəklər.


AzNews.az-ın məlumatına görə, məcəllənin 53.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

AzNews.az