“İbrahimbəyov əcinnə dəstəsindən bezərək, istefa verdi” – Partiya sədri

27 Dekabr 2013 15:33 (UTC+04:00)
Milli Şuranın keçmiş üzvü, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Milli Şurada baş verən son proseslərə maraqlı şərh verib.

ALP sədri AzNews.az-a açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun tutduğu postdan istefası ilə bağlı qərarına geniş icmal verməsə də, baş verənləri qurum daxilindəki arzuolunmaz mühitlə əlaqələndirib.

O, R. İbrahimbəyovun istefasında birbaşa Müsavat Partiyasındakı bəzi qüvvələri ittiham edib: "Rüstəm İbrahimbəyov Müsavat Partiyasındakı əcinnə dəstəsindən bezərək, istefa verdi".

Xatırladaq ki, ALP sədri Əvəz Temirxan və partiya üzvləri Milli Şuradan istefa veriblər. O, bu barədə qərarını Milli Şuranın oktyabrın 24-də keçirilən sessiyasında açıqlayıb. ALP lideri Lalə Şövkət də prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib.

Elvin
AzNews.az