Yanacağın keyfiyyəti ilə bağlı yoxlama aparılacaq

27 Dekabr 2013 16:28 (UTC+04:00)
Dekabrın əvvəlində Azərbaycanda Tarif Şurasının qərarı ilə avtomobil yanacağının pərakəndə satış qiymətlərinin artımından sonra yanacaqdoldurma məntəqələrində satılan məhsulun keyfiyyəti ilə əlaqədar yoxlamalar aparılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, yoxlamaların aparılması üçün göstəriş verilib: "Hər gün yoxlamalar aparılır. Öncədən bildirilmədən məntəqələrə gedərək nümunələr götürüləcək".

Komitə sədri deyib ki, Sumqayıt şəhərində müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir: "Götürülən nümunələr burada yoxlanılacaq. Bu günə qədər belə bir problem olmayıb. Lakin bu məsələ çox ciddi nəzarətdədir. Yoxlamalar davam etdiriləcək".

AzNews.az