Məscidə sığınan 23 müsəlman öldürüldü

27 Dekabr 2013 17:00 (UTC+04:00)

Orta Afrika Respublikasının paytaxtı Banguidedə məscidə sığınan 23 müsəlman öldürülüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Nurul –İslam" məscidinin imamı Məhəmməd Vasil , xristian Anti- Balaka millətçilərinin məscidə sığınanlara hücum etdiklərini bildirib:

"Təəssüf ki, bu ölkədə insanlıqdan anlamayan , heyvan kimi yaşayan kəslər var. Kəlmeyi- tövhid gətirən hər kəsi hətta kiçik uşaqları belə öldürürlər. Hamilə qadınların qarınlarını deşmək kimi işgəncələr tətbiq olunur".

Hücumlar haqqında məlumat verən M.Vasil deyib ki, məscidə gələn camaata dəyənəklərlə hücum ediblər: "Hücumda 23 nəfər qətlə yetirildi. Qadın, uşaq demədən öldürürlər. Cənazələri məscidin həyətində qalıb. Yolun etibarlı olmaması səbəbiylə şəhər xaricindəki qəbiristanlığa gedə bilmirik. Cənazələri məscid həyətinə dəfn etmekten başqa çarəmiz yoxdur".

Birləşmiş Millətlər Təşkilatnın hesabatına görə, son dövrlərdə bölgədə yaşanan qarşıdurmalar səbəbi ilə 400 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Elman
AzNews.az