PKK Hüseyn Aygünü sərbəst buraxdı

14 Avqust 2012 19:40 (UTC+04:00)


Avqustun 12-də axşam saatlarında PKK terrorçuları tərəfindən Tuncelinin Ovacık rayonunda qaçırılan Türkiyənin millət vəkili, Hüseyn Aygün bu gün sərbəst buraxılıb.


AzNews.az-ın Türkiyənin haber365.com saytına istinadən verdiyi məlumata görə, terrorçular millət vəkilini heç kimin olmadığı yerdə qoyaraq uzaqlaşıblar. Hüseyn Aygün dərhal kənddəki polis bölməsinə gələrək, buraxılması barədə məlumat verib.

Bu arada Hüseyn Aygünün həyat yoldaşı Əminə Aygün mətbuata verdiyi açıqlamada - ``Çox xoşbəxtəm. Dəstək olanlara təşəkkür edirəm`` deyib.


Aygün

AzNews.az