Məhkəmə hökumətin tələbini rədd edib

27 Dekabr 2013 19:54 (UTC+04:00)
Türkiyə Ali Məhkəməsi korrupsiya qalmaqalının istintaqının qapalı şəraitdə aparılmasına icazə verməyib. musavat.com-un Reuters-ə istinadən yaydığı xəbərə görə, məhkəmə yeni hökumətin bununla bağlı tələbini rədd edib.

Müvafiq vəsatət dekabrın 21-də, polis bir neçə iri ranqlı məmurun övladlarının korrupsiya qalmaqalına aidiyyəti olması barədə faktları açıqladıqdan sonra qaldırılmışdı.

Belə bir tələb Türkiyə cəmiyyətində narazılıqla qarşılanmış və hökumətin korrupsiya hay-küyünün nəticələrini özü üçün yumşaltmaq cəhdi kimi qiymətləndirilmişdi.



AzNews.az