Türk ordusu imtina etdi
27 Dekabr 2013 20:42 (UTC+04:00)
Türkiyə ordusu komandanlığı, ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı yaranmış siyasi böhrana qarışmayacağını elan edib.
ANS PRESS-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı bəyanatda bildirilir ki, Türkiyə respublikasının silahlı qüvvələri siyasi müzakirələrdə iştirak etmək niyyətində deyil.
Ordu rəhbərliyinin bu bəyanatı yerli KİV-də başlanmış müzakirənin fonunda verildiyi qeyd olunur. Belə ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın köməkçisi Yalçın Akdoğan başda olmaqla, bir çox dövlət və hökumət nümayəndələri belə fikir irəli sürürlər ki, genişmiqyaslı korrupsiya qalmaqalı növbəti hərbi devriliş üçün bəhanə ola bilər.
AzNews.az