Əməkdar artist aclıq aksiyasına başladı - VİDEO

27 Dekabr 2013 22:12 (UTC+04:00)
Əməkdar artist Firuzə İbadova hüquqlarının pozulduğunu deyərək, xəstəxanada aclıq aksiyasına başlayıb. Publika.az xəbər verir ki, bu barədə sənətçi ATV-nin "Ümid Var" verilişində canlı telefon əlaqəsi zamanı deyib. O qeyd edib ki, sənətdən də gedir.

Qeyd edək ki, sənətçi torpaq alqı-satqısı zamanı pulunun mənimənildiyini deyir. Ötən gün sözgedən verilişdə tərəflərin iştirak ilə bu məsələ müzakirə edilib. Verilişdən sonra isə Firuzə xanımın səhəti pisləşib və sənətçi xəstəxanaya yerləşdirilib.