Gənc müğənninin səhhəti kəskin pisləşib – İrana aparıldı (Yenilənib)

28 Dekabr 2013 11:44 (UTC+04:00)

"Mirkamilin ürəyində böyük problem var. Axırıncı dəfə İranda həkim müayinəsindən keçəndə ona bildirdilər ki, sənin ürəyində 29 faiz işləyir".


Bunu AzNews.az-a müğənni Mirkamil Kamilovun yaxın qohumu Vüsal İsrafilov deyib. Onun sözlərinə görə, M.Kamilov təcili ürəyindən əməliyyat olunmalıdır:

"Sabah Mirkamil ürəyindən əməliyyat olunacaq. Allah ona şəfa versin ki, sağ-salamat vətənə dönsün".

Qeyd edək ki, M.Kamilov İrana atası ilə birlikdə gedib.

Bahar Rüstəmli
AzNews.az



***
03:03

Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğlu, gənc müğənni Mirkamil Kamilovun səhhəti qəfil pisləşib. Onu ağır vəziyyətdə İrana aparıblar.

Bu barədə məlumatı AzNews.az-a tanınmış teleaparıcı İlham Mirzəyev verib: "Mənim çox yaxın dostumdur. Heyif taleyi belə oldu. Ağır vəziyyətdə İrana aparılıb. Çox üzüldüm və çox narahat oldum. Sizin hamınızdan rica edirəm? Mirkamil üçün şəfa diləyək".

Azər
AzNews.az