Türkiyəni aksiyalar bürüyüb; hökumətin istefası tələb olunur

28 Dekabr 2013 10:35 (UTC+04:00)

Türkiyədə dekabrın 17-də keçirilən "Rüşvət" əməliyyatından sonra ölkənin bır sıra şəhərlərində etiraz aksıyaları başlayıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara, İzmir, Antalya, Edirnə, Afyonkarahisar, Mersin, İzmit, Eskişehir və Hatayda aksiyalar keçirilib. Aksiyalar İstanbulda başlayıb və daha sonra digər bölgələrə də yayılıb.

Aksiyaçılar sosial şəbəkələrdə bu barədə məlumat yayaraq hamının mitinqə çağırıblar. İstanbula Taksimdə toplaşmağa çalışan aksiyaçılara polis müdaxilə edib. 70-ə yaxın şəxsin saxlandığı bildirilir. Hökumətə qarşı şüarlar səsləndirən aksiyaşılar Ankarada AKP-nin binasına doğru hərəkət etmək istəsələr də, polis bunun qarşısını alıb.

İzmirdə isə Meydana toplanan aksıyaçılar hökumti istefaya çağırıblar.

Elnur
AzNews.az