Türkiyə vətəndaşı Bakı aeroportunda öldü

28 Dekabr 2013 10:54 (UTC+04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 27-də qeydə alınıb. Bakı-İstanbul reysinin sərnişini, Türkiyə vətəndaşı Güneren Bahri İsmayıl oğlu qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az