Yeni ilin ilk günündən havanın temperaturu enəcək

28 Dekabr 2013 16:38 (UTC+04:00)
Yanvarın 1-dən Bakıda havanın temperaturu 3-4 dərəcə enəcək. Yanvarın 5-dək Bakıda havanın maksimal temperaturu 5 dərəcədən yüksək olmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, ilkin proqnozlara əsasən, dekabrın 31-də hava şəraitinin bugünkü kimi olacağı gözlənilir.
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında gün ərzində daha çox buludlu, tutqun hava şəraiti üstünlük təşkil edəcək. Həmin gün əsasən mülayim cənub-qərb istiqamətli küləyin əsəcəyi proqnozlaşdırılır. Səhər və axşam saatlarında duman və bəzi yerlərdə zəif çiskin olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Dekabrın 31-də axşam və dekabrın 31-dən yanvarın 1-nə keçən gecə (Yeni il gecəsi) havanın temperaturu 2 dərəcə isti olacaq.
Yanvarın 1-də cənub küləyi günorta saatlarında artıq arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar yanvarın 1-də havanın temperaturu dekabrın 31-i ilə müqayisədə 3-4 dərəcə enəcək. Həmin gün bəzi yerlərdə az çiskinli yağıntının olacağı ehtimalı var.

Bakıda yanvarın 2, 3, 4-də havanın temperaturu gündüz saatlarında 5 dərəcə istidən yüksək olmayacaq. Yanvarın 5-dək Bakıda güclü küləyin əsəcəyi gözlənilməsə də, nisbətən soyuq hava şəraitinin olacağı proqnozlaşdırılır.

Dekabrın 31-də Azərbaycanın bir çox rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturunun Aran rayonlarında gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə isti olacağı gözlənilir. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə dağlıq rayonlarında gecə saatlarında 5-10 dərəcə şaxta proqnozlaşdırılır.

AzNews.az