Ebru Gündeş Azərbaycan mətbuatına müsahibə verməyib

28 Dekabr 2013 12:17 (UTC+04:00)
Müğənni Ebru Gündeş Azərbaycan mətbuatına müsahibə vermədiyi haqda açıqlama yayıb.


Bu haqda "Habertürk" internet qəzeti məlumat yayıb:

"Azərbaycanın "axşam.az "adlı internet saytı həyat yoldaşı Rza Zərrabın qaçaqmalçılıq və rüşvət əməliyyatında həbs olunduqdan sonra çətin günlər keçirən Ebru Gündeşdən müsahibə aldıqlarını iddia edib. Yayımlanan müsahibədə Gündeşin son günlərdə yaşadıqlarıyla əlaqədar "heç bilməzdim ki, bu qədər sevməyənimiz varmış" dediyi vurğulanır.

Magazin gündəminə bomba kimi düşən müsahibə ilə əlaqədar Ebru Gündeşin köməkçiləri Azərbaycan mətbuatında yayımlanan müsahibənin yalan olduğunu, sənətçinin həyat yoldaşının həbs olunduğu gündən bəri heç bir jurnalistlə görüşmədiyini bildiriblər. Sənətçinin həyat yoldaşı Rza Zərrabın azərbaycanlı olmadığı haqda çıxan xəbərlərə "Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə indi azəri olmamalıdır?" -, deyə münasibət bildirdiyi qeyd olunur".(qafqazinfo)

Qeyd edək ki, MÜSAHİBƏNİN müəllifi tanınmış jurnalist Məhsəti Şərifdir.