Bakıda 8800 partlayıcı oyuncaq aşkar edildi

28 Dekabr 2013 12:19 (UTC+04:00)
Paytaxtın 3 rayonundakı ticarət obyektlərindən partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarının ərazisindəki ticarət obyektlərində yoxlama aparılır.

Yoxlamalar nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik olan 8800 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

AzNews.az