Azərbaycanlı jurnalistdən Ebru Gündeşin iddialarına CAVAB

28 Dekabr 2013 12:31 (UTC+04:00)




Tanınmış jurnalist Məhsəti Şərif Ebru gündeşdən aldığı müsahibənin saxta olması ilə bağlı Türkiyə mediasının yaydığı məlumatlara münasibət bildirib.

O, "Qafqazinfo"ya açıqlamasında Ebru Gündeşin ona müsahibə verdiyini bir daha təsdiqləyib:

"Ebru müsahibə verib. Sadəcə anlaşılmazlıq olub. Dünən mən onun yardımçısı Levent bəylə də danışmışam. Sadəcə o müsahibə Azərbaycan mətbuatına verilməyib. Biz onu türk jurnalisti ilə birgə almışıq. Həm də müğənninin köməkçiləri müsahibə olmayıb demirlər, Azərbaycan mətbuatında müsahibə olmayıb deyirlər. İlk açıqlamanın burada getməsi onları narahat edib. Bir az əvvəl danışmışam, onlar hətta təkzib istəmir. Sadəcə Azərbaycan saytında yayımlandığı üçün belə edirlər. Səsyazma verilsə belə, onlar həmin müsahibənin Azərbaycanda yayımlandığı üçün narahatdırlar. Başqa heç nə deməyəcəm. Bir gün mən daha rahat danışacam".

Məhsəti Şərif müsahibənin audioyazısının isə türkiyəli jurnalistdə olduğunu qeyd edib.

Xatırladaq ki, sözügedən müsahibə axsam.az saytında yayımlanmışdı, artıq müsahibə saytdan silinib.

AzNews.az