Bakı-Şamaxı yolunda dəhşət: 5 ölü, 3 yaralı (FOTO)

28 Dekabr 2013 15:37 (UTC+04:00)
Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin Musavat.com-a verdiyi məlumata görə, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Dəşhətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir.