Canlı yayımda bomba həyəcanı - VİDEO

28 Dekabr 2013 17:45 (UTC+04:00)
Dünən Livanın paytaxtı Beyrutda 5 adamın ölümünə gətirib çıxaran partlayış baş verib.
Publika.az-ın məlumatına görə, partlayış Livan televiziyasının canlı yayımında qorxu dolu anlar yaşadıb.

Belə ki, paytaxtın şimalındakı Ayn-əl Mireysedə bombalı hücum zamanı studiyada canlı veriliş aparan aparıcı qadın və qonağı partlayışın səsindən birdən-birə çaşbaş qalıb. Nə olduğunu anlamağa çalışan aparıcı studiyanın sarsıldığını bildirib. Partlayışdan sonra bütün bina bir-birinə qarışdığı üçün verilişi yarıda saxlamaq məcburiyyətində qalıblar.

Dünənki partlayışda ölənlər arasında Livanın sabiq baş naziri Saad əl-Haririnin siyasi məsləhətçisi Məhəmməd Şatah da olub. Onlarla insanın yaralandığı bombalı hücum Baş nazir Nəcib Mikatinin evi yaxınlığında baş verib.




AzNews.az