Müəllim həmkarlarını güllələdi

28 Dekabr 2013 19:56 (UTC+04:00)
Kazan şəhərinin ali məktəblərdən birinin müəllimi öz həmkarları ilə mübahisə etdikdən sonra onları pnevmatik silahdan güllələyib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Tatarıstan daxili işlər nazirliyinin mətbuat xidməti yayıb. Hadisə nəticəsində 3 nəfərin yüngül yaralandığı məlum olub.

"Zareçenski" polis idarəsinin əməkdaşları həmkarlarını güllələyən müəllimi artıq həbs edib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.


AzNews.az