Bakının bəzi ərazilərində qaz olmayacaq

29 Dekabr 2013 10:35 (UTC+04:00)
Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 29 dekabr 2013-cü il tarixində saat 10:00-dan 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 11:00-dan 18:00-dək isə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə və Zabrat qəsəbəsinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az