Səttar Mehbalıyev tapşırıq verdi – Hamı dəfnə gedir

29 Dekabr 2013 11:23 (UTC+04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) qurum sədri Səttar Mehbalıyevin ötən gün vəfat edən Qarabağ qazisi Zaur Həsənovun dəfnində iştirak barədə göstəriş verib.

AHİK mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzNews.az -a açıqlamasında vurğulayıb ki, S.Mehbalıyev özünün bu mərasimdə iştirak etməsi ilə bağlı bizə heç bir məlumat verməyib.

Lakin o AHİK əməkdaşlarının dünyasını dəyişən Zaur Həsənovun dəfn mərasimində iştirak etməsi ilə bağlı tapşırıq verib. O qeyd edib ki, bütün respublika həmkarlar təşkilatlarından Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəklər: "Bunun üçün yaxın saatlarda ora gedəcəyik".

Amid Əyyuboğlu
AzNews.az