Bakı-Şamaxı yolunda ölənlərin sayı 8-ə çatdı- Rəsmi məlumat

29 Dekabr 2013 13:43 (UTC+04:00)
Daxili İşlər Nazirliyi (DİN) Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az