Bakıda atəşfəşanlıq olacaq

29 Dekabr 2013 15:18 (UTC+04:00)
Yeni il günü Bakıda möhtəşəm atəşfəşanlıq olacaq.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı dekabrın 31-i günü gecə saat 00:00-da izləyə biləcəklər.

Nazim Məcidov həmçinin bildirib ki, yeni il münasibəti ilə Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinlərinə daha bir süpriz edib. Rəis müavini əlavə edib ki, gəzinti üçün nəzərdə tutulan üç mərtəbəli "Mirvari" gəmisi bulvar ərazisinə gətirilib və artıq əhalinin istifadəsinə verilib.

Bulvar ərazisində qurulan nəhəng Şeytan çarxına gəlincə isə N.Məcidov bu atraksiyonda son sınaq işlərinin aparıldığını və yaxın müddətdə paytaxt sakinlərinin istifadəsinə veriləcəyini deyib.(anspress)